İranın xarici işlər nazirinin Türkiyəyə səfəri təxirə salınıb 

Hüseyn Əmir Abdullahian

© APA | Hüseyn Əmir Abdullahian

# 06 iyun 2022 14:36 (UTC +04:00)

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanın Türkiyəyə səfəri təxirə salınıb.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi diplomatik mənbəyə istinadla xəbər verib.

Qeyd olunub ki, 6 iyun tarixində nəzərdə tutulan səfər bir neçə günlüyə təxirə salınıb.

Xəbərdə səfərin hansı səbəbdən təxirə salındığı və yeni tarixi açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR