İsrailin Baş naziri iqlim sammitində iştirakını ləğv edib

İsrail Baş naziri Yair Lapid

© APA | İsrail Baş naziri Yair Lapid

# 02 noyabr 2022 15:59 (UTC +04:00)

İsrailin Baş naziri Yair Lapid Misirdə keçiriləcək COP27 iqlim sammitində iştirakını ləğv edib.

APA "The Times of Israel"ə istinadən xəbər verir ki, Baş nazir Lapid seçkilərdə məğlub olduğu üçün müvafiq qərarı verib.

Konfransda İsraili Prezident Hersoq təmsil edəcək

Qeyd edək ki, 2022-ci il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı Şarm əl- Şeyxdə noyabrın 6-dan 18-dək keçiriləcək. Yair Lapidin noyabrın 7-də Misirə getməsi gözlənilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR