İstanbulda erməni kilsəsində yanğın olub, ölənlər var - YENİLƏNİB

İstanbulda erməni kilsəsində yanğın olub, ölənlər var - YENİLƏNİB
# 24 yanvar 2023 08:43 (UTC +04:00)

İstanbulda erməni katolik kilsəsində yanğında ölənlərin sayı 2-ə çatıb.

APA xəbər verir ki, bu barədə "Sputnik Türkiyə" məlumat yayıb.

Bildirilib ki, axtarış işləri nəticəsində daha bir nəfərin cəsədi tapılıb.

Yanğın zamanı ölənlərin sayı 2-yə çatıb.

Beyoğlu rayon valisi Mustafa Dəmirəlli və Türkiyə Erməni Katolik İcmasının Ruhani Rəhbəri Levon Zekiyan bölgəyə gələrək vəziyyətlə tanış olublar.

Qeyd olunub ki, hadisə baş verən zaman 4 nəfər təxliyə edilib.

Hazırda iki nəfərin taleyi barədə məlumat yoxdur.

***

Saat 08:17

Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunun Karaköy məhəlləsindəki erməni katolik kilsəsində yanğın olub.

APA xəbər verir ki, bu barədə “Haber Türk” məlumat yayıb.

Surp Pırgiç erməni katolik kilsəsinin yaşayış binasında baş verən yanğında 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Yanğınsöndürənlərin yanğını söndürüb.

Hadisənin başvermə səbəbi bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR