İstanbulda FETÖ üzvlərinə qarşı əməliyyat keçirilib, 15 nəfər tutulub

İstanbulda FETÖ üzvlərinə qarşı əməliyyat keçirilib, 15 nəfər tutulub
# 17 may 2023 10:14 (UTC +04:00)

İstanbulda FETÖ terror təşkilatı üzvlərinə qarşı əməliyyat keçirilib.

APA-nın “TRT HABER”ə istinadən verdiyi xəbərə görə, İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi qrupları, FETÖ/PDY terror təşkilatı üzvləri qarşı əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əməliyyat zamanı 19 nəfərin bu şəbəkəyə aid olması müəyyən edilib. Onlardan 15 nəfəri saxlanılıb, birinin saxlanılması istiqamətindən əməliyyatlar davam edir.

Müəyyən olunan şəxslərdən 3-ü ölkə xaricinə qaçıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR