Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
APA xəbər verir ki, bu barədə bu gün Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Tokayev Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı onu mayın 14-də keçirilmiş prezident seçkilərinin ilk turunda liderliyi münasibətilə təbrik edib.
Qazaxıstan Prezidenti AK Partiyanın başçılıq etdiyi “Cümhur İttifaqı”nın parlament seçkilərindəki uğurunu da qeyd edib.
Qazaxıstan və Türkiyə liderləri iki ölkə arasında çoxşaxəli əməkdaşlığın daha da dərinləşdirilməsi məsələlərini də müzakirə ediblər.