Qırğızıstan Türkiyədən “ANKA” silahlı pilotsuz uçuş aparatı (PUA) alıb.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidmətinin rəhbəri Dairbek Orunbekov bildirib.
Beləliklə, Qırğızıstan “BAYKAR” və “TUSAŞ” şirkətlərinin istehsalı olan bütün növ PUA-ları əldə etmiş olub.
Orunbekov “Qırğızıstan “Bayraktar-TB2”, “Aksunqur”, “Akıncı” və “ANKA” kimi müasir hərbi texnika alıb” - deyə vurğulayıb.