İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Körfəzdə qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan gəmini ələ keçirib.
APA-nın Tehran bürosunun məlumatına görə, Hörmuzqan əyalətinə yaxın sularda 90 min litr qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan gəmi saxlanılıb.
Məlumatda gəminin hansı ölkəyə məxsus olduğu açıqlanmayıb. 5 ekipaj üzvü həbs edilib.
Faktla bağlı cinayət işi açılıb.