Tehrana uçan təyyarə Yəzd hava limanına məcburi eniş edib

Tehrana uçan təyyarə Yəzd hava limanına məcburi eniş edib
# 06 yanvar 2023 12:09 (UTC +04:00)

İranda Bəndər Abbas-Tehran reysi ilə hərəkət edən təyyarə Yəzd hava limanında məcburi eniş edib.

APA-nın Tehran bürosu xəbər verir ki, Bəndər Abbasdan Tehrana uçan Zaqros Hava Yollarına məxsus təyyarə qar yağması və Mehrabad hava limanının uçuş-enmə zolağının bağlanması səbəbindən Yəzd hava limanında məcburi eniş edib.

Qeyd edək ki, ötən gün səhərdən başlayan qar Tehranın Mehrabad hava limanında bir neçə təyyarə reysinin təxirə salınmasına və ləğv olunmasına səbəb olub.

;
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR