Türkiyə İrana qarşı sanksiyaların doğru olmadığını, bunun faydasının olmayacağını hesab edir.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə Ankarada keçirilən birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, ölkəsi İranla bağlı nüvə sazişinin reallaşmasını istəyir, bu ölkənin və onun qonşularının stabilliyinə önəm verir.
“Suriyanın ərazi bütövlüyünü güclü şəkildə dəstəkləyirik. Lakin 11 ildir davam edən müharibə var. Astana formatı çərçivəsində müsbət addımlar atılmalıdır. Bilirsiniz ki, Suriya ilə bağlı bir prosesimiz başlayıb. Yaxın zamanlarda xarici işlər nazirlərinin görüşünün olması gözlənilir. Atılacaq addımlarla bağlı İranı da məlumatlandırırıq”, - Çavuşoğlu qeyd edib.