Türkiyə YSK: Hələ sayılmayan 400 min səs var - YENİLƏNİB-1

Türkiyə YSK: Hələ sayılmayan 400 min səs var - YENİLƏNİB-1
# 15 may 2023 14:23 (UTC +04:00)

Hələ sayılmayan 400 min səs var.

APA xəbər verir ki, bu barədə Türkiyə Yüksək Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener açıqlama verib.

***

11:14

Türkiyədə səsvermə ilə bağlı qutuların 99 faizi açılıb.

APA xəbər verir ki, bu barədə Türkiyə Yüksək Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener açıqlama verib.

O bildirib ki, ölkə daxilində cəmi 27 qutunun nəticələri yoxlanılmayıb. Xarici ölkələrdə isə 1529 seçki qutusunun nəticəsi sistemə daxil edilməyib.

Hazırkı vəziyyətdə Rəcəb Tayyib Ərdoğan 49,40 faiz, Kamal Kılıcdaroğlu 44,96 faiz, Sinan Oğan 5,2 faiz, Muharrəm İncə isə 0,44 faiz səs alıb.
***

10:50

Türkiyədə prezident seçkiləri ilə bağlı qutuların 100 faizi açılıb.

APA xəbər verir ki, bu barədə “Anadolu” rəsmi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, prezident seçkiləri ilə bağlı qutuların 100 faizi açılıb, parlamentlə bağlı isə 99 faiz qutular açılaraq sistemə daxil edilib.

“Cümhur İttifaqı”nın namizədi, AK Partiyanın lideri Rəcəb Tayyib Ərdoğan seçicilərin 49.24 faiz (26 085 999) səsini alıb. “Millət İttifaqı”nın namizədi, CHP sədri Kamal Kılıçdaroğlu isə 45.06 faiz (23 869 863) səs toplayıb.

Digər namizədlər Sinan Oğan 5,28 faiz, yəni 2 796 379 səs, Məhərrəm İncə isə 0,42 faiz (220 133) səs ala bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR