Türkiyədə 18 nəfər prezidentliyə namizədliyini irəli sürüb

Türkiyədə 18 nəfər prezidentliyə namizədliyini irəli sürüb
# 21 mart 2023 13:45 (UTC +04:00)

Türkiyədə 18 nəfər prezident seçkilərində namizədliyinin irəli sürülməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına (Yüksek Seçim Kurulu) müraciət edib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, müraciətləri qəbul olunanların adı bu gün yerli vaxtla saat 20:00-da elan olunacaq.

Qeyd edək ki, Türkiyədə Prezident və millət vəkili seçkiləri 14 mayda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR