Türkiyədə zəlzələdə xəsarət alanların sayı 50-yə çatıb, üç rayonda dərslər təxirə salınıb - YENİLƏNİB-3 - FOTO

Türkiyədə zəlzələdə xəsarət alanların sayı 50-yə çatıb, üç rayonda dərslər təxirə salınıb - YENİLƏNİB-3   - FOTO
# 23 noyabr 2022 11:24 (UTC +04:00)

Türkiyənin Düzce rayonunda zəlzələ zamanı xəsarət alanların sayı 50-yə çatıb.

APA xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

***

10:00

Türkiyənin Düzce rayonunda yerli vaxtla saat 04:09 radələrində baş verən 5,9 bal gücündə zəlzələdə 46 nəfər xəsarət alıb.

APA xəbər verir ki, xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

Yeraltı təkanlarda ölən olmadığını açıqlanıb.

Zəlzələ ilə əlaqədar Sakarya, Bolu və Düzcədə bu gün məktəblərdə dərs olmayacaq.

***

09.00

Türkiyədə zəlzələ nəticəsində xəsarət alanların sayı 35-ə çatıb.

APA xəbər verir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca sosial media hesablarında paylaşım edib.

Xəsarət alanlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

***

07:39

Türkiyədə baş verən güclü zəlzələdə insan tələfatı qeydə alınmayıb.

APA xəbər verir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca tvitter hesabında məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində 22 nəfər xəsarət alıb.

Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Həmin şəxs hündürlükdən tullanıb.

Bəzi ərazilərdə qismən dağıntıların olduğu bildirilib.

***

06:16

Türkiyənin Düzce rayonunda yerli vaxtla saat 04:09 radələrində 5,9 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerin 6,81 kilometr dərinliyində baş verib.

Yeraltı təkanlar İstanbul, Ankara, Əskişəhər, Bursa, Kocaeli, Sakarya, Bolu, Ədirnə və bəzi ətraf şəhərlərində də hiss olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR