Çin hökuməti İsveçrəyə Tayvanla əlaqələri gücləndirdiyi üçün etiraz edib.
APA xəbər verir ki, bu barədə Çin XİN-in sözçüsü Vanq Venbin mətbuat konfransında deyib.
Qeyd olunub ki, bir müddət öncə isveçrəli deputatlar Tayvan parlamenti ilə əməkdaşlığın “Vahid Çin” prinsipini şübhə altına salmadığını əsas gətirərək onu gücləndirməyə səs veriblər.
Çin hökuməti isə Bernin Taypey ilə əlaqələrini gücləndirdiyinə görə İsveçrəyə sərt etiraz edib.
O, İsveçrənin Çini tanıyan və diplomatik əlaqələr quran ilk ölkələrdən biri olduğunu və o vaxtdan bəri ikitərəfli münasibətlərdə “Vahid Çin” prinsipinin əsas olduğunu qeyd edib:
“Biz İsveçrəni “Vahid Çin” prinsipinə riayət etmək, Tayvandakı separatçı qüvvələrə yanlış siqnallar göndərməyi dayandırmaq və Tayvanın müstəqilliyi ilə bağlı hər hansı bir hərəkətə göz yummamaq və ya dəstəkləməmək üzrə siyasi öhdəliyinə əməl etməyə çağırırıq”, - deyə XİN rəsmisi bildirib.