Yaponiya rusiyalı diplomatı ölkədən çıxarır

Yaponiya rusiyalı diplomatı ölkədən çıxarır
# 04 oktyabr 2022 14:00 (UTC +04:00)

Yaponiya Rusiyanın Sapparo şəhərindəki konsulluğunun əməkdaşını “arzuolunmaz şəxs” elan edib.

APA xəbər verir ki, "Kiodo" agentliyi Yaponiya xarici işlər naziri Yoşimasu Hayaşiyə istinadən bildirib.

Rusiyalı diplomat oktyabrın 10-na qədər Yaponiyanı tərk etməlidir.

Xatırladaq ki, bundan əvvəl Moskva casusluq ittihamı ilə Yaponiyanın Vladivostokdakı konsulunu “arzuolunmaz şəxs” elan etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR