Yaponiya və Hindistan tarixdə ilk dəfə birgə təlimlər keçirir

Hindistan - Yaponiya birgə təlimləri

© APA | Hindistan - Yaponiya birgə təlimləri

# 16 yanvar 2023 18:02 (UTC +04:00)

Yaponiya və Hindistan bu gün Tokio yaxınlığında tarixdə ilk dəfə olaraq birgə hərbi təlimlərə başlayıblar.

APA “Kyodo” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, təlimlərin məqsədi Çinin Hind okeanı və Sakit okean regionunda artan hərbi qüdrəti səbəbi ilə Yaponiya və Hindistanın müdafiə əlaqələrinin gücləndirilməsidir.

Keçirilən təlimlərdə Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus dörd Su-30MKI qırıcısı, iki C-17 nəqliyyat təyyarəsi və bir İl-78 yanacaq dolduran təyyarə, Yaponiya HHQ-dən isə dörd F-2 qırıcısı və dörd F-15 qırıcısı iştirak edir.

Həmçinin o da əlavə olunub ki, Hindistan Yaponiyanın ABŞ, Avstraliya, Böyük Britaniya və Almaniyadan sonra bu cür ikitərəfli təlimlər keçirdiyi beşinci ölkədir.

;
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR