Azərbaycanın bədii gimnastı olimpiya çempionunu üstələyib

Azərbaycanın bədii gimnastı olimpiya çempionunu üstələyib
# 06 oktyabr 2008 08:14 (UTC +04:00)
Bakı. Kənan Həsənov - APA-Sport. İspaniyanın Benidorm şəhərində keçirilən bədii gimnastika üzrə dünya kubokunun final mərhələsinə yekun vurulub. “APA-Sport”un məlumatına görə, milli komandamızın lideri Aliyə Qarayeva bu nüfuzlu yarışı bir bürünc medalla başa vurub. Təmsilçimiz iplə proqramın ifasına görə hakimlərdən 18,075 xal alaraq, üçüncü yeri tutub.

Bununla belə, A. Qarayeva olimpiya çempionu Yevgeniya Kanayeva, Natalya Qodunko (hər ikisi Rusiya), Anna Bessonova (Ukrayna) və Aliyə Yusupova (Qazaxıstan) kimi tanınmış gimnastları arxada qoyub. İdmançımız halqa, gürz və lentlə hərəkətlərdə isə 6-cı olub.

Qeyd edək ki, dünya kubokunun final mərhələsində ən güclü 8 gimnast mübarizə aparıb.

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR