Azərbaycan ağırlıqqaldıranı dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı dünya çempionatında gümüş medal qazanıb
# 28 noyabr 2008 11:43 (UTC +04:00)
Yunanıstanın Komotini şəhərində tələbə ağırlıqqaldıranlar arasında keçirilən ilk dünya çempionatı başa çatmaq üzrədir. Apasport.az saytının məlumatına görə, arxada qalan günlərdə podiuma çıxan Azərbaycanın hər iki idmançısı fəxri kürsüyə yüksəlib.

Təmsilçilərimizdən öncə mübarizəyə qoşulan Sərdar Həsənov (62 kq) gümüş medala layiq görülmüşdü. 94 kq çəki dərəcəsində qüvvəsini sınayan Rövşən Fətullayev da analoji uğura imza atıb. O, birdən və təkanla qaldırmada 362 kq-ın öhdəsindən gələrək, ikinci yeri tutub.

Bu gün sonuncu atletimiz Rolan Piriyev (+105 kq) öz bacarığını nümayiş etdirəcək.

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR