İradə Aşumova Lüksemburqdan 2 qızıl medal gətirdi

İradə Aşumova Lüksemburqdan 2 qızıl medal gətirdi
# 22 dekabr 2008 13:46 (UTC +04:00)
Bakı – APA. Lüksemburqda təşkil olunan güllə atıcılığı üzrə beynəlxalq turnir Azərbaycan idmançıları üçün uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, yarışa qatılmış Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı İradə Aşumova və onun oğlu Ruslan Lunyov hərəyə 2 medal qazanıblar.

Turnir iki gün davam edib. Aşumova hər iki gündə pnevmatik tapança ilə 10 metrlik məsafədən hədəfə atəş açmada 1-ci yeri tutub (375 və 376 xal). Yeniyetmələr arasında mübarizə aparan Ruslan Lunyov isə öncə 567 xalla 3-cü olub. Ertəsi gün 6 xal çox toplayan gənc idmançı beynəlxalq yarışlarda şəxsi rekordunu təzələməklə yanaşı, gümüş medala da layiq görülüb.

Maraqlıdır ki, güllə atıcılarımız Lüksemburqa öz hesablarına gediblər. Amma onlar nəqliyyat və mehmanxana xərclərini çıxara bilməyiblər. Çünki İradə Aşumova turnirin mükafat fondundan cəmi 100 avro, Ruslan isə 90 avro əldə edib.

Bu gün hər iki idmançımız Gürcüstanın paytaxtı Tiflisə yollanır. Dekabrın 24-də bu şəhərdə start götürəcək beynəlxalq turnirdə Aşumova və Lunyovla bərabər, yeniyetmə güllə atıcılarımız Camal Novruzzadə və Məmmədəli Abdullayevin iştirakı nəzərdə tutulub.

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR