Bədii gimnastika üzrə Avropa çempionatı Moskvadan alınaraq Bakıya verilib

Bədii gimnastika üzrə Avropa çempionatı Moskvadan alınaraq Bakıya verilib
# 16 iyul 2022 14:33 (UTC +04:00)

Bədii gimnastika üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək.

Apasport.az saytının Avropa Gimnastikasının mətbuat xidmətinə istinadən məlumatına görə, turnir Moskvadan alınaraq Bakıya verilib.

Avropa çempionatı 2023-cü il 17-21 may tarixlərində Bakıda baş tutacaq.

Qeyd edək ki, Ukraynada baş verən hadisələrlə əlaqədar Beynəlxalq Gimnastika Federasiyası (FIG) Rusiya və Belarusun qurumun himayəsi altında keçirilən yarışlarda iştirakına qadağa qoyub.

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR