Azərbaycanlı atlet dünyada 3-cü olub

Azərbaycanlı atlet dünyada 3-cü olub
# 07 iyul 2017 13:53 (UTC +04:00)

Azərbaycanlı atlet Ramil Quliyev növbəti tarixi uğuruna imza atıb. Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin şərəfini qoruyan həmyerlimiz Super Liqa yarışında yeni rekord müəyyənləşdirib.

Belə ki, Bursada 8 komandanın iştirakı ilə baş tutan final mərhələsində Quliyev 100 m məsafəni 9,97 saniyəyə qaçıb. “Fənərbaxça”nın heyətində çıxış edən atlet dünya tarixində 10 saniyədən tez bu məsafəni qət edən 3-cü ağdərili idmançı olub.

O, bu nəticə ilə 2017-ci ildə Londonda keçiriləcək dünya çempionatında da iştirak hüququna yiyələnib.

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR