Norman Nato Formula-2 üzrə ikinci yarışın qalibi olub - YENİLƏNİB

Norman Nato Formula-2 üzrə ikinci yarışın qalibi olub - <span style="color: red;">YENİLƏNİB
# 25 iyun 2017 14:26 (UTC +04:00)

Bu gün Bakıda Formula-2 üzrə ikinci yarışa (8-ci mərhələ) yekun vurulub.

APA-nın məlumatına görə, “Pertamina Arden” komandasının fansalı pilotu Norman Nato 40 dəqiqə 37,601 saniyə nəticə ilə yarışın qalibi olub.

Birinci yarışda ilk pillədə qərarlaşan “PREMA Racing” komandasının monakolu pilotu Şarl Lekler ikinci (40 dəqiqə, 46,318 saniyə), “DAMS”ın pilotu Nikolas Latifi isə üçüncü (40 dəqiqə, 49,175 saniyə) yeri tutublar.

Qaliblərə kubokları mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Adil Kərimli təqdim ediblər.

Dünən keçirilən birinci yarışı “PREMA Racing” komandasının pilotu Şarl Lekler birinci, “Rapax” komandasının pilotu Nik de Vris ikinci, “DAMS”ın kanadalı sürücüsü Nikolas Latifi isə üçüncü pillədə başa vurublar.

Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula-2 yarışında 10 komanda birincilik uğrunda mübarizə aparıb. Hər komandanı iki pilot təmsil edib. Dünənki birinci yarışdan fərqli olaraq, budəfəki yarış qrid düzülüşü üzrə təşkil olunub. Yürüş 12 dövrə və ya 45 dəqiqə davam edib.

***

saat 14.11

Bu gün saat 14:00-da Bakıda Formula-2 üzrə ikinci yarışa (8-ci mərhələ) start verilib.

APA-nln məlumatına görə, Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula-2 yarışında 10 komanda birincilik uğrunda mübarizə aparır.

Hər komandanı iki pilot təmsil edir. Dünənki birinci yarışdan fərqli olaraq, bu dəfə pilotların mübarizəsi qrid düzülüşü üzrə təşkil edilib. Yarış 12 dövrə və ya 45 dəqiqə davam edəcək.

Bakıda Formula-2 üzrə birinci yarışın - 7-ci mərhələnin qalibi “PREMA Racing” komandasının pilotu monakolu Şarl Lekler olub. Ş.Lekler 1 dəqiqə 54,025 saniyə göstərici ilə bütün rəqiblərini qabaqlayıb. “Rapax” komandasının pilotu Nik de Vris yarışı ikinci, “DAMS”-ın kanadalı sürücüsü Nikolas Latifi isə üçüncü pillədə başa vurublar.

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR