Qəbələdə atıcılıq üzrə Dünya Kuboku yarışları başa çatıb

Qəbələdə atıcılıq üzrə Dünya Kuboku yarışları başa çatıb
# 13 iyun 2017 15:46 (UTC +04:00)

Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları başa çatıb. APA-nın yerli bürosunun xəbərinə görə, turnirin sonuncu günü kişi və qadınlar arasında 50 metr məsafəyə tüfəngdən 3 mövqedə atəş açma yarışları keçirilib.

İdmançılar yerə uzanaraq, dizi üstə və ayaq üstə dayanaraq tüfəngdən hədəfə atəş açıblar. Qadınların mübarizəsində çinli Menqyao Şi qızıl, avstriyalı Nadine Yungerbank gümüş, danimarkalı Stine Nelsen bürünc medal qazanıb. Kişilərin yarışında isə Macarıstan idmançısı İstvan Peni birinci olub. Çin təmsilçisi Zichenq Hui ikinci, Polşa atıcısı Tomas Bartnik üçüncü yeri tutub.

İyunun 8-dən 13-dək davam edən bu mötəbər yarışda 45 ölkənin idmançıları tapança və tüfəngdən 10, 25 və 50 metr məsafəyə atəş açaraq hədəfi vurmaq uğrunda bacarıqlarını nümayiş etdiriblər. 30 idmançı ilə bu yarışlara qatılan komanda hesabında 4 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olan Çin 45 ölkə arasında birinci yeri tutub. Avstriya və Danimarka komandaları isə müvafiq olaraq, növbəti 2 pillədə qərarlaşıblar.

Yarış iştirakçıları ümumilikdə 10 dəst medal uğrunda mübarizə aparıblar. Dünya Kuboku yarışlarının Qəbələ mərhələsinin qalibləri bu ilin oktyabrında Hindistanda keçiriləcək final yarışında iştirak edəcəklər.

Qeyd edək ki, bu yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR