Aİ bu gün İrana qarşı növbəti sanksiyalar paketini təsdiqləyəcək

Cozep Borrell

© APA | Cozep Borrell

# 14 noyabr 2022 11:49 (UTC +04:00)

"Biz bu gün İrana qarşı növbəti sanksiyalar paketini təsdiqləyəcəyik".

APA xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə deyib.

O bildirib ki, bu sanksiyalar etirazçılara qarşı təzyiq və şiddət göstərməkdə məsuliyyət daşıyanlara qarşı tətbiq olunacaq: "Dünən İran XİN başçısı ilə də danışdım, İranın Rusiyaya hərbi dəstəyini dayandırmalı olduğunu dedim. İranın da cavab sanksiyaları tətbiq edəcəyini gözləyirəm, ancaq bu, səhv addımdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR