Aİ-də istilik mövsümü əlavə 210 milyard avro tələb edir

Aİ-də istilik mövsümü əlavə 210 milyard avro tələb edir
# 17 avqust 2022 08:27 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) son istilik mövsümündə təxminən 290 milyard avro dəyərində 250 milyard kubmetr qaz istifadə edib.

APA xəbər verir ki, bunu “İzvestiya” qəzetinə müsahibəsində Milli Enerji Təhlükəsizliyi Fondunun baş direktorunun müavini Aleksey Qrivaç deyib.

O hesab edir ki, məcburi qənaət rejimini nəzərə alsaq, bundan sonra ən azı 200 milyard kubmetr qaz istehlak ediləcək.

Bu da hazırkı bazar qiymətləri ilə 500 milyard avrodan çox vəsait edir.

Yəni əlavə xərclər 210 milyard avro təşkil edəcək.

“Avropada odundan tutmuş qaza və neftə qədər bütün resursların qiymətində artım var. Bu da istilik mövsümündə avropalılardan əlavə xərc tələb edir”,- deyə Enerji Ehtiyatlarının İstehsalçıları və Satıcıları Birliyinin sədri Dmitri Qusev bildirib

“Freedom Finance Global”-ın aparıcı analitiki Natalya Milçakov da Aİ-də demək olar ki, bütün enerji resurslarının yayda bahalaşdığını bidirib.

Məsələn, kömür bir ton üçün 373 dollara qədər bahalaşıb, qiymət artıq tarixi rekorda yaxındır.

Ekspert deyir ki, elektrik enerjisi də bahalaşıb: iyun ayından valyuta qiymətləri iki dəfə artaraq meqavat/saat üçün 490 avroya çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR