Aİ Gürcüstan və Rusiyaya yeni səfir təyin edəcək

Aİ Gürcüstan və Rusiyaya yeni səfir təyin edəcək
# 08 iyun 2022 15:41 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ-nin 31 ölkədəki Nümayəndəliyinin rəhbəri postuna namizədlər irəli sürüb.

APA xəbər verir ki, bu barədə Aİ-nin Xarici Fəaliyyət Departamenti məlumat yayıb.

Bu ölkələr arasında Gürcüstan və Rusiyanın da adı var.

Aİ-nin Gürcüstandakı Nümayəndəliyinin rəhbəri vəzifəsinə Pavel Herçinskinin namizədliyi irəli sürülüb. O, hazırda Xarici Fəaliyyət Departamentində Ortaq Təhlükəsizlik və Müdafiə Siyasəti və Böhranlara Müdaxilə üzrə idarəedici direktorudur və eyni zamanda, o, Təhlükəsizlik və Müdafiə Siyasəti üzrə direktor vəzifəsində çalışıb.

Aİ-nin Rusiyadakı Nümayəndəliyinin rəhbəri vəzifəsinə isə Roland Qalharquenin namizədliyi irəli sürülüb. Hazırda o, Fransanın Malayziyadakı səfiri postunda çalışır. O, həmçinin Fransanın Avropa və Xarici İşlər Nazirliyində Rusiya, Ukrayna, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə məsul direktor vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR