Aİ ölkələri Ukraynaya 220 min artilleriya mərmisi və 1300 raket tədarük edib

Aİ ölkələri Ukraynaya 220 min artilleriya mərmisi və 1300 raket tədarük edib
# 23 may 2023 19:00 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) üzv ölkələri bu vaxtadək Ukraynaya müxtəlif çaplı 220 min artilleriya mərmisi və 1300 raket tədarük edib.

APA xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, Avropa İttifaqının Kiyevə bu hərbi yardımlarının ümumi dəyəri 800 milyon dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR