Avstriya kansleri Karl Nehammer bu gün Gürcüstana rəsmi səfər edəcək.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyasının mətbuat xidməti yayıb. Bildirilib ki, Avstriya kansleri Tbilisiyə səfəri çərçivəsində Baş nazir İrakli Qaribaşvili ilə görüşəcək.
Tərəflər daha sonra mətbuata birgə açıqlama verəcəklər.