Boris Conson kabinetinə yeni nazirlər təyin edib

Boris Conson

© APA | Boris Conson

# 07 iyul 2022 14:47 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Boris Conson kabinetinə yeni nazirlər təyin edib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, Ceyms Keleverli təhsil naziri, Robert Bakland isə Uels məsələləri üzrə nazir təyin olunub.

Qeyd edək ki, Boris Conson bu gün Mühafizəkarların lideri vəzifəsindən istefa verməyə hazırlaşır, lakin hələ də payıza qədər baş nazir vəzifəsində qalmağa ümid edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR