Borrell: "Aİ Ukraynanın ən böyük donorudur"

Borrell: "Aİ Ukraynanın ən böyük donorudur"
# 24 may 2023 01:30 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Ukraynaya digərlərindən daha çox müxtəlif növ yardımlar göstərib, onun həcmi 65 milyard avronu keçib.

APA xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.

“Bütün yardım növlərini - hərbi, mülki, iqtisadi, humanitar, maliyyə, qaçqınlara yardım – nəzərə alsaq, Aİ Ukraynanın ən böyük donorudur”, - deyə Aİ-nin rəsmisi söyləyib.

O əlavə edib ki, Aİ Kiyevə yardımı davam etdirəcək. Həmçinin xatırladıb ki, Aİ Ukraynaya növbəti makromaliyyə yardımı tranşı kimi 1,5 milyard avro ödəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR