Britaniya kəşfiyyatı: “Vaqner” son döyüşlərdə mərkəzi rol oynayıb

Britaniya kəşfiyyatı: “Vaqner” son döyüşlərdə mərkəzi rol oynayıb
# 18 iyul 2022 10:40 (UTC +04:00)

Rusiya ön xətt qüvvələrini gücləndirmək və canlı qüvvə itkilərini azaltmaq məqsədi ilə “Vaqner” özəl hərb şirkətindən istifadə edir.

APA xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, “Vaqner” Popasnaya və Lisiçanskın ələ keçirilməsi də daxil olmaqla, son döyüşlərdə mərkəzi rol oynayıb. Əlavə olunub ki, bu döyüşlər qrupun ağır itkilər verməsi ilə nəticələnib.

“Vaqner” rekrut standartlarını endirərək məhbusları, əvvəllər qara siyahıya alınmış şəxsləri işə götürür. Yeni rekrutlara çox məhdud təlimlər keçirilir. Bu, böyük ehtimal ki, qrupun gələcək əməliyyat effektivliyinə təsir edəcək və onun Rusiya qüvvələrinə müntəzəm dəstək vermək qabiliyyətini azaldacaq”, - Britaniya kəşfiyyatının məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR