Bu il Gürcüstandan 11 Azərbaycan vətəndaşı deportasiya edilib

Bu il Gürcüstandan 11 Azərbaycan vətəndaşı deportasiya edilib
# 12 sentyabr 2022 16:25 (UTC +04:00)

Bu ilin ikinci rübündə Gürcüstandan 9 Azərbaycan vətəndaşı deportasiya edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilib. Qeyd olunub ki, aprel-iyun ayları ərzində ölkədən çıxarılan Azərbaycan vətəndaşlarından 7-si kişi, 2 qadındır. Deportasiya edilən Azərbaycan vətəndaşlarından 5-i yetkinlik yaşına çatmayanlar olub.

Ümumilikdə, bu ilin ikinci rübündə Gürcüstandan 53 xarici ölkə vətəndaşı deportasiya edilib.

Xatırladaq ki, cari ilin yanvar-mart aylarında Gürcüstandan cəmi 2 Azərbaycan vətəndaşı deportasiya edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR