Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə XİN məlumat yayıb.
Danışıq zamanı ikitərəfli əlaqələr, NATO-nun genişlənməsi və Ukraynadan taxılın çıxarılması məsələləri müzakirə edilib.