Elin Süleymanov: "Layihələrin uğuru üçün uzunmüddətli yanaşma və müqavilələr vacibdir"

Elin Süleymanov: "Layihələrin uğuru üçün uzunmüddətli yanaşma və müqavilələr vacibdir"
# 10 iyun 2022 23:45 (UTC +04:00)

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov geniş auditoriyaya malik “GB News” televiziya kanalına müsahibə verib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, müsahibədə Avropada enerji təhlükəsizliyi, Azərbaycan-Britaniya əlaqələri, yaşıl enerji, diplomatik münasibətlərin yaranmasının 30 illiyi, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və s. mövzulara toxunulub.

Aparıcı Darren Makkafri ilə müsahibəsində diplomat Azərbaycan ilə Birləşmiş Krallıq arasında münasibətlərin yüksək səviyyədə olduğunu, Britaniyanın Azərbaycanda ən böyük xarici investor olduğunu bildirib.

Qeyd olunub ki, BP başda olmaqla, tikinti şəhərsalma kimi fərqli sahələrdə 600-dən çox Britaniya şirkəti Azərbaycanda fəaliyyət göstərir :

“Həmçinin Prezident İlham Əliyev ilə Baş nazir Boris Conson arasında məktub mübadiləsinin baş tutması əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir. Azərbaycanın BP və digər Britaniya şirkətləri ilə əməkdaşlığı ali rəhbərliyimizin uzaqgörən yanaşmalarının nəticəsində baş tutub. Bu əməkdaşlığın səmərə və töhfəsi hələ də davam edir”,-deyə Elin Süleymanov çıxışında bildirib.

Süleymanov müsahibə zamanı, Bakı-Tbilisi-Ceyhan neft boru xətti, Cənub Qaz Dəhlizi ilə bu gün ölkəmizin Avropa enerji təhlükəsizliyinə verdiyi töhfədən və Azərbaycanın uzaqgörən strategiyasından da söz açıb.

“Əlbəttə, Azərbaycan əməkdaşlığı artırmağa hazırdır, amma bu kimi layihələrin uğurunu təmin etmək üçün uzunmüddətli yanaşma və müqavilələr vacibdir. Azərbaycan yaşıl enerjiyə keçid mərhələsinə başlayıb. Zaman göstərir ki, real fikir və praktik addımlar əsasında atılan addımlar daha effektiv olur”,- deyə səfir müsahibəsində bildirib.

O, həmçinin qeyd edib ki, Azərbaycan daim sülhün tərəfdarıdır.

Diplomat Azərbaycanın tarix boyu demokratiya, sülh və sabitliyi dəstəklədiyini, insan hüquqlarına hörmətlə yanaşdığını, hətta ADR dövründə şərqdə qadınlara səsvermə hüququ verən ilk dövlət olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR