Əməliyyat olunan Roma Papasının vəziyyəti açıqlanıb

Əməliyyat olunan Roma Papasının vəziyyəti açıqlanıb
# 08 iyun 2023 11:28 (UTC +04:00)

Roma Papası Fransiskin vəziyyəti açıqlanıb.

APA-nın xəbərinə görə, bu barədə Müqəddəs Taxt-Tac-ın mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, əməliyyatdan sonra Roma Papasının xəstəxanada ilk gecəsi yaxşı keçib.

Qeyd edək ki, o qarın nahiyəsindən əməliyyat edilib. Əməliyyat üç saat davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR