Etirazçılar qiymətlərin artması ilə əlaqədar Albaniya hökumətinin istefasını tələb edirlər

Etirazçılar qiymətlərin artması ilə əlaqədar Albaniya hökumətinin istefasını tələb edirlər
# 13 noyabr 2022 12:51 (UTC +04:00)

Albaniyanın paytaxtında minlərlə müxalifət tərəfdarı hökuməti devirməyə çağırıb.

APA Ren.Tv-yə istinadən bildirir ki, insanlar bu il birdən-birə səkkiz faiz bahalaşan, xüsusən də ərzaq məhsulları və yanacağın bahalaşmasına etiraz etdilər.

Etirazçılar parlament binası qarşısında fənərlər yandıraraq baş nazir Edi Ramanın istefasını tələb ediblər.

Etirazçılar həmçinin yerli polis tərəfindən öldürülən iki albanın xatirəsini yad etmək üçün şamlar yandırıblar.

Parlament binasının fasadı qırmızı boya ilə boyanıb. Ən azı bir etirazçı saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR