Fransa yanvarın 1-dən Çindən gələnlər üçün mənfi PCR test tələb edəcək

Fransa yanvarın 1-dən Çindən gələnlər üçün mənfi PCR test tələb edəcək
# 30 dekabr 2022 23:15 (UTC +04:00)

İtaliya və İspaniyadan sonra Fransa da yanvarın 1-dən Çindən gələn bütün səyahətçilər üçün əlavə yoxlamalar tətbiq edir.

APA xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

Fransaya giriş üçün uçuşdan 48 saat əvvəl alınan mənfi PCR test təqdim edilməlidir.

Çindən gələnlər üçün təyyarədə maska taxmaq məcburi olacaq və hava limanlarında sərnişinlərdən COVID-19 üçün təsadüfi test aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR