Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani bələdiyyəsinin Nəzərli kənd sakini, 83 yaşlı Aslanpaşa Mövlayev itkin düşüb.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat veriblər. Bildirilib ki, o, yanvarın 5-də səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun səhhətindəki problemlər səbəbi ilə insanları tanımaqda çətinlik çəkdiyi qeyd olunub.
Hazırda həm yaxınları, həm də Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları onun axtarışlarını davam etdirirlər.