İspaniya Ukraynaya “Leopard”ları Pasxa bayramından sonra göndərəcək

Leopard

© APA | Leopard

# 29 mart 2023 11:55 (UTC +04:00)

İspaniya hökuməti Ukraynaya hərbi yardım çərçivəsində 6 “Leopard” tankını Pasxa bayramından sonra göndərəcək.

APA “El Pais” ispan nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi açıqlama verib.

Qeyd olunub ki, haqqında sözügedən texnika Sevilya şəhəri yaxınlığında (Alcala de Guadaira) yerləşən və “Santa Bárbara Sistemas” şirkətinə məxsus zavodda texniki servis mərhələsini keçib.

Həmin tanklar bu həftə ərzində Kordova əyalətinin Serro Muriano hərbi poliqonunda atış təlimi keçəcəklər ki, burada məqsəd onları döyüşə hazır vəziyyətə gətirməkdir.

Təlimlər başa çatdıqdan sonra tanklar dəniz yolu ilə Polşaya çatdırılacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR