İsveçrə İrana PUA detalları verməyib

İsveçrə İrana PUA detalları verməyib
# 05 yanvar 2023 08:29 (UTC +04:00)

İsveçrə dron istehsalı üçün İrana birbaşa heç bir hissə göndərməyib, lakin nəzəri cəhətdən Tehran onları dünya bazarından əldə edə bilər.

APA-nın məlumatına görə, bu barədə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) mətbuat katibi Fabian Mayenfiş bildirib.

“İsveçrədən İrana belə kommersiya xarakterli məhsullar göndərilməyib. İsveçrədən bu məhsulların ixracı sanksiyalarla qadağandır”, - Mayenfiş bildirib.

Mayenfişin sözlərinə görə, bu mallar adətən üçüncü ölkələrdə istehsal olunur və bütün dünyaya yayılır. Bu baxımdan, İran onları dünya bazarından alıb.

Qeyd edək ki, bir müddət əvvəl KİV İranın Şahed-136 pilotsuz təyyarəsinin ABŞ və İsveçrə də daxil olmaqla, xarici istehsal edilmiş 52 detalının olduğu barədə məlumat yayıb.

;
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR