KİV: İspaniya Ukraynaya tank və zirehli transportyorlar verə bilər

KİV: İspaniya Ukraynaya tank və zirehli transportyorlar verə bilər
# 12 iyul 2022 21:18 (UTC +04:00)

İspaniya Müdafiə Nazirliyi Ukraynaya 10 tank və 20-yə yaxın zirehli transportyoru verməyi nəzərdən keçirir.

APA xəbər verir ki, bu barədə “Infodefensa” informasiya portalı məlumat yayıb.

Söhbət “Leopard 2A4” tanklarından və “M113” zirehli transportyorlarından gedir.

Hərbi texnikanın tədarükü ilə bağlı qərar qəbul olunarsa, Ukrayna hökuməti onu Avropa Sülh Fondunun vəsaiti hesabına maliyyələşdirməli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR