Koordinasiya Mərkəzi: Ukraynanın 3 limanından taxıl gəmilərinin çıxmasına hazırlıq gedir

Koordinasiya Mərkəzi: Ukraynanın 3 limanından taxıl gəmilərinin çıxmasına hazırlıq gedir
# 02 avqust 2022 15:40 (UTC +04:00)

Ukraynanın Odessa limanından çıxan ticarət gəmisinin yola çıxması zamanı izləməli olduğu marşrut, keçdiyi humanitar dəhliz və onun yoxlanılması ilə bağlı məsələlər Mərkəzdə razılaşdırılmış prosedur və prinsiplərə uyğun olaraq həyata keçirilir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Müştərək Koordinasiya Mərkəzinin koordinatoru kontr-admiral Özcan Altunbulak mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, hazırda Ukraynanın 3 limanından taxıl və digər ərzaq məhsulları çıxara biləcək gəmilərin hazırlanması davam etdirilir.

Altunbulak əlavə edib ki, Odessa limanından çıxan ilk taxıl yüklü gəmi dəniz şəraiti ilə əlaqədar olaraq İstanbul boğazına gecikmə ilə gecə saatlarında çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR