Litva Prezidenti müttəfiqləri Ukraynaya döyüş təyyarələri göndərməyə çağırıb

Gitanas Nauseda

© APA | Gitanas Nauseda

# 31 yanvar 2023 14:01 (UTC +04:00)

Qərb ölkələrini "qırmızı xətti keçməyə", Ukraynaya döyüş təyyarələri və uzaqmənzilli raketlər göndərməyə çağırıram.

APA xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda “Litva Milli Radio və Televiziyası”na müsahibəsində deyib.

Nauseda “qırmızı xətlər” haqda danışaraq qeyd edib ki, Qərb ölkələri Ukraynanın Avropa İttifaqına namizədlik statusu verilməsindən və ya Kiyevə silahların göndərilməsindən söhbət gedən zaman o "qırmızı xətlər"i bir neçə dəfə silməyi bacarıb.

Litva lideri onu da əlavə edib ki, ölkəsi Ukraynaya yüz milyonlarla avro dəyərində hərbi yardım göndərib və bu rəqəm daha da artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR