Litvada rus və belarusların vətəndaşlıq üçün müraciətlərini qadağan edən qanun qəbul edilib

Litvada rus və belarusların vətəndaşlıq üçün müraciətlərini qadağan edən qanun qəbul edilib
# 22 mart 2023 14:03 (UTC +04:00)

Litva parlamenti (seym – Seimas) rusların və belarusların vətəndaşlıq üçün müraciət etmələrini qadağan edən qanun layihəsini birinci oxunuşda qəbul edib.

APA xəbər verir ki, qəbul olunan sənədin mətni Litva seyminin saytında yerləşdirilib.

Qeyd olunub ki, vətəndaşlığa müraciət üçün verilmiş ərizələrə baxılması dayandırılacaq.

Seym tərəfindən qəbul edilən qanun layihəsi 113 deputat tərəfindən bəyənilib, 9 deputat bitərəf qalıb, heç kim əleyhinə səs verməyib.

;
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR