Notr-Dam kilsəsinin bərpadan sonra açılışı tarixi bəlli olub.
APA "Le Parisien" qəzetinə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Yaponiyanın baş naziri Fumio Kişida ilə Notr-Dama səfəri zamanı məlumat verib.
Onun sözlərinə görə, bərpadan sonra açılış 2024-cü ildə baş tutacaq.
“Kilsədəki yanğın bizi çox sarsıtdı. Biz bu tikinti sahələrinin mürəkkəbliyini bilirik və Notr-Damın bu qədər müddətdə tikilmə sürətinə təəccüblənirəm”, - deyə Kişida bildirib.
Makron sənətkarların diqqətəlayiq işini yüksək qiymətləndirib.