Moldovanın dövlət dili rumın dilinə dəyişdirilib

Moldovanın dövlət dili rumın dilinə dəyişdirilib
# 22 mart 2023 21:43 (UTC +04:00)

Moldova prezidenti Maya Sandu dövlət dilini Moldova dilindən rumın dilinə dəyişdirib.

APA xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində məlumat yayıb.

Prezident parlamentin qərarını təsdiqləyib.

"Bu gün mən tarixi və təkzibedilməz həqiqəti təsdiq edən qanunu qəbul etdim: Moldovanın dövlət dili rumın dilidir. Mən istəyirəm ki, rumın dili bizim burada yaşayan və bu torpağı sevən hamımızı birləşdirsin", - deyə Sandu bildirib.

;
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR