NATO alyansına məxsus “Boeing E-3 Sentry” kəşfiyyat təyyarəsi Rumıniyaya gedib.
APA xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.
Məlumata görə, təyyarə əsasən Rusiya Silahlı Qüvvələrinin Qara dənizdəki hərbi fəaliyyətinə nəzarət edəcək.
Həmçinin bu tip aviasiyanın 1612 km radiusda ətrafda baş verənləri skan etmək, düşmən hədəflərini, xüsusən də təyyarələri və mövqeləri müəyyən etmək qabiliyyətinə malik olması qeyd olunub.
Xatırladaq ki, bir müddət öncə NATO mətbuat xidməti məlumat yayaraq bildirmişdi ki, kəşfiyyat təyyarələri bir neçə həftə ərzində alyansa üzv olan ölkələrin ərazisi üzərində uçuşlar aparacaq və Rusiyanın hərəkətlərinə nəzarət edəcəklər.