Norveç Ukraynaya 10 min artilleriya mərmisi göndərib

Mərmi

© APA | Mərmi

# 05 yanvar 2023 11:30 (UTC +04:00)

Norveçin Ukraynaya hərbi yardımı çərçivəsində 10 min artilleriya mərmisi Ukraynaya gətirilib.

APA xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.

Qeyd olunub ki, bu mərmilər bir sıra artilleriya qurğularında, o cümlədən Norveç tərəfindən göndərilmiş M109 özüyeriyən artilleriya qurğusu üçün istifadə oluna bilər.

Xatırladaq ki, Norveç Silahlı Qüvvələri dünən Ukraynaya növbəti hərbi yardımın yola salındığını bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR