“ATA İttifaqı”nın namizədi olmuş Sinan Oğan öz seçicilərinin tələblərinə uyğun olaraq Türkiyə prezident seçkilərinin ikinci turunda “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğana dəstək vermək qərarını verib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik “TRT Haber”ə müsahibəsində bildirib.
O qeyd edib ki, Sinan Oğanın əsas tələblərindən biri terrorla mübarizədə heç bir güzəştə gedilməməsidir.