Polşa müdafiə naziri: Bizim təzyiqlərimiz olmasaydı, Almaniya "Leopard"ları verməyəcəkdi

Polşanın müdafiə naziri Mariuş Blaşzak

© APA | Polşanın müdafiə naziri Mariuş Blaşzak

# 26 yanvar 2023 11:00 (UTC +04:00)

Polşanın təzyiqi olmasaydı, Almaniya Ukraynaya "Leopard" tanklarının göndərilməsi barədə qərar verməyəcəkdi.

APA xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşzak "Polşa Radiosu 1"ə müsahibəsində deyib.

"Mən dünən ABŞ müdafiə naziri Lloyd Ostin və Almaniya müdafiə naziri Boris Pistoriusla danışdım. Birbaşa demək olar ki, bizim təzyiqimiz olmasaydı, Almaniyada bu qərar verilməzdi. Avropada 2000-dən çox "Leopard" tankı var. Biz koalisiya qurmaq üçün hər şeyi edirik", - müdafiə naziri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR