Şarl Mişel İsveçin NATO-ya üzvlüklə bağlı qərarını alqışlayıb

Maqdalena Andersson, Şarl Mişel

© APA | Maqdalena Andersson, Şarl Mişel

# 16 may 2022 17:39 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel İsveçin NATO-ya üzvlüklə bağlı müraciət qərarını alqışlayıb.

APA xəbər verir ki, bu barədə Prezident Mişel "Twitter"də bildirib.

“İsveçin strateji tərəfdaşı Finlandiya ilə birlikdə NATO-ya daxil olmaq üçün müraciət etməsi ilə təhlükəsizliyimiz daha da möhkəmlənir. Mən İsveç və İsveç Baş nazirini kollektiv təhlükəsizlik və müdafiənin xeyrinə verdikləri qərarı alqışlayıram”, - Aİ lideri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR